Densitometriya hansı hallarda istifadə olunur?
- Osteoporozun erkən diaqnostikası – Sümüklərin kövrəkliyini və qırılma riskini müəyyən etmək üçün.- Osteopeniyanın aşkarlanması – Sümük sıxlığının azalmasını izləmək və erkən müdaxilə etmək məqsədilə.
- Menopauzadan sonra qadınlarda – Estrogen səviyyəsinin azalması sümük itkisinə səbəb ola bilər.
- Yaşlı insanlarda – Yaş artdıqca sümük sıxlığı azalır, bu da osteoporoz və sınıq riskini artırır.
- Hormonal xəstəliklər zamanı – Tiroid, paratiroid və digər endokrin pozğunluqlar sümük sıxlığına təsir edə bilər.
- Kortikosteroid istifadəsi zamanı – Uzun müddət kortikosteroid qəbul edən insanlarda sümük sıxlığı azalır.
- Sümük sınıqlarına meyillilik hallarında – Əvvəllər kiçik travmalar nəticəsində sınıq halları baş veribsə.
- Kalsium və D vitamini çatışmazlığı zamanı – Sümüklərin sağlamlığı üçün vacib olan bu elementlərin azalması osteoporoz riskini artıra bilər.
Referans Hayat Hospitalda densitometriya GE Lunar aparatı vasitəsilə həyata keçirilir.
GE Lunar cihazının əsas üstünlükləri:
- Yüksək dəqiqlik və etibarlılıq: GE Lunar aparatı sümük mineral sıxlığını yüksək dəqiqliklə ölçərək dəqiq diaqnoz qoymağa imkan verir.GE Lunar cihazının əsas üstünlükləri:
- Minimal şüalanma dozası: Adi rentgen müayinələri ilə müqayisədə 400 dəfə az şüalanma yayır, bu da pasiyentlər üçün təhlükəsizliyi artırır.
- Tez və rahat müayinə prosesi: Müayinə qısa müddət ərzində, tam ağrısız və rahat şəkildə aparılır.
- Bütün bədən analizini aparmaq imkanı: Yalnız bel və bud sümüyü deyil, həmçinin bütün bədən sümük sıxlığının qiymətləndirilməsi mümkündür.
- İnkişaf etmiş kompüter proqram təminatı – Müayinə nəticələri avtomatik olaraq müəyyən edilmiş yaş və cins göstəriciləri ilə müqayisə edilir, bu da həkimlərə daha dəqiq diaqnoz qoymağa kömək edir.
Densitometriya müayinəsinin aparıldığı filiallarımız:
- Referans Hayat Hospital, Bakı şəh., Yasamal r., Mətbuat pr. 35A
- Həmçinin Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Centerdə aparılır.

