CGM – Davamlı Qlükoza Monitorinqi
CGM (Continuous Glucose Monitoring) – davamlı qlükoza monitorinqi sistemi, qanda şəkərin (qlükozanın) səviyyəsini gün ərzində fasiləsiz şəkildə izləməyə imkan verən müasir texnologiyadır. Cihaz dərialtına yerləşdirilən kiçik bir sensor və mobil tətbiq və ya oxuyucu cihaz vasitəsilə işləyir. İlk dəfə ABŞ-da tətbiq olunan bu sistem hazırda dünyanın bir çox inkişaf etmiş ölkəsində diabetin idarəsində standart yanaşmalardan biri kimi geniş istifadə olunur.
CGM nə üçün istifadə olunur?
- Qanda şəkərin real vaxt rejimində izlənilməsi
- Şəkər səviyyəsinin dalğalanmalarının (variabilliyin) müəyyən edilməsi
- Gecə və gündüz şəkər səviyyəsindəki dəyişikliklərin izlənməsi
- Hipo- və hiperglikemiyaların qarşısının alınması
- Daha dəqiq və fərdi müalicə planının qurulması
Kimlərə tövsiyə olunur?
- Tip 1 və Tip 2 diabet xəstələrinə
- İnsulin istifadə edən şəxslərə
- Qan şəkəri tez dəyişən pasiyentlərə
- Hamiləlik diabeti olan qadınlara
- Uşaq və yaşlı pasiyentlərə
Üstünlükləri
- Barmaq deşməsinə ehtiyac olmadan şəkər ölçümü (bəzi modellərdə)
- Hər 5 dəqiqədən bir avtomatik nəticə - Şəkər səviyyəsi yüksəldikdə və ya düşdükdə xəbərdarlıq siqnalları
- Həkim və pasiyent üçün tam şəkər profili təqdim etməsi
- Variabilliyə nəzarət edərək uzunmüddətli fəsadların qarşısını almağa kömək etməsi