Vitamin C (Askorbin turşusu) orqanizmimizin gündəlik ehtiyacı olan, toxuma sağlamlığı, dəmirin sorulması və immunitetin gücləndirilməsi üçün vacib bir vitamindir.
Test kimlər üçün vacibdir?
- Xroniki yorğunluğu olanlar
- Tez-tez xəstələnən şəxslər
- Dəridə solğunluq və ya yara sağalmasında gecikmə olanlar
- Siqaret çəkənlər
- Düzgün qidalanmayan və ya pəhriz saxlayanlar
Vitamin C çatışmazlığı nələrə səbəb ola bilər?
- İmmunitetin zəifləməsi
- Diş əti qanaxmaları
- Xroniki yorğunluq
- Dəri problemləri
Qeyd: Test bütün Referans filiallarında götürülür.
Vitamin C testinə hazırlıq qaydaları
1. Aç qarına test vermək:- Ən azı 8–12 saat öncədən qida qəbul etməmək tövsiyə olunur.
- Yalnız su içmək olar.
2. Vitamin əlavələrini dayandırmaq:
- C vitamini və multivitamin əlavələri testdən ən az 24 saat əvvəl dayandırılmalıdır.
- Əks halda qanda süni şəkildə yüksək səviyyə göstərə bilər.
3. Meyvə və tərəvəzlərdən uzaq durmaq:
- Testdən 1 gün öncə portağal, limon, kivi, brokkoli, bibər və s. C vitamini baxımından zəngin qidaları qəbul etməmək yaxşı olar.
4. Siqaret və alkoqoldan uzaq durmaq:
- Siqaret və alkoqol C vitamininin səviyyəsinə təsir göstərə bilər, testdən öncə istifadəsi tövsiyə olunmur.
5. Həkimə istifadə etdiyiniz dərmanları bildirmək:
- Bəzi dərmanlar (məsələn, aspirin, antibiotiklər, doğum nəzarət həbləri və s.) C vitamini səviyyəsinə təsir edə bilər.
6. Stres və fiziki aktivlik:
- Test günü ağır fiziki məşq və emosional gərginlikdən çəkinmək faydalıdır, çünki stress C vitamini səviyyəsini dəyişə bilər.

