Maqnezium (Eritrosit İçi) Testi nədir?
Maqnezium (eritrosit içi) testi qırmızı qan hüceyrələrinin (eritrositlərin) içərisindəki maqnezium miqdarını ölçən laborator analizdir. Bu test, orqanizmdəki maqneziumun hüceyrədaxili səviyyəsini daha dəqiq və stabil şəkildə qiymətləndirir. Çünki maqneziumun 99%-i hüceyrə içində yerləşir - yalnız 1%-i qanda (serumda) olur.
Testin Məqsədi
- Xroniki maqnezium çatışmazlığını aşkar etmək.
- Əzələ spazmları, ürək ritm pozğunluqları, xroniki yorğunluq, stress, və depressiya kimi simptomların səbəbini araşdırmaq.
- Elektrolit balansını qiymətləndirmək.
- Diabet, hipertoniya, migren, osteoporoz və digər xəstəliklərdə maqnezium vəziyyətini izləmək.
- Müxtəlif xəstəliklərdə hüceyrədaxili maqnezium səviyyəsini təqib etmək.
Vacib Qeydlər
- Serum maqnezium testi bəzən yalnış olaraq “normal” nəticə verə bilər. Bu halda hüceyrədaxili (eritrosit içi) maqnezium testi daha dəqiq və klinik cəhətdən faydalıdır.
- Test nəticələrinə maqnezium əlavələri, dərmanlar və böyrək funksiyası təsir göstərə bilər.
9220 | 16.03.2026
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
40 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Vitaminlər |
|
Çalışma üsulu
|
AAS - alov |
|
Nəticə vermə vaxtı
|
1 həftə ərzində |
|
Nümunə miqdarı
|
4000 mklt |
|
Nümunə növü
|
Qan |
|
Sinonim
|
Magnezium |
|
Testin kodu
|
LAB-08-029 |
|
Tüb (qab)
|
Bənövşəyi qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.

