Tər testi əsasən Kistik fibroz (CF) diaqnozunu qoymaq üçün istifadə olunur. Bu test xlor ionlarının tərin tərkibində normadan yüksək olub-olmamasını yoxlayır.
Kistik Fibroz (Mukovissidoz) - ekzokrin vəzlərin sekresiyasının pozulması (sekretin qatılaşması) ilə xarakterizə olunan autosom resessiv monogen genetik xəstəlikdir. Xəstəlik zamanı, həyati vacib orqanlarda, ilk növbədə isə tənəffüs və həzm sistemi orqanlarında dəyişikliklər müşahidə olunur. Hər il dünyada 45.000 mukovissidozlu uşaqlar dünyaya gəlir. Hal-hazırda isə bütün dünyada 275 mln insan bu xəstəliyin daşıyıcısıdır.
Aşağıdakı hallarda tər testi məsləhət görülə bilər:
1. Kistik fibroza şübhə olduqda:
- Tez-tez təkrarlanan ağciyər infeksiyaları
- Uzunmüddətli və xroniki öskürək
- Nəfəs alma çətinlikləri
- Çəki artırmada çətinliklər və ya böyümədə ləngimə
- Yağlı və pis qoxulu nəcis
- Qarın ağrıları və həzm problemləri
2. Yenidoğulmuşlarda müayinə zamanı:
- Yenidoğulmuşların skrininq testi zamanı Kistik fibroz göstəricilərinə rast gəlinərsə (məsələn, İmmunoreaktiv tripsin səviyyəsinin yüksək olması), tər testi aparıla bilər.
3. Ailədə kistik fibroz diaqnozu olan şəxslər varsa tər testi aparıla bilər.
Qeyd: Əgər tər testi nəticələri şübhəli çıxarsa, əlavə genetik testlər və ya başqa müayinə metodları tətbiq oluna bilər. Kistik fibrozun diaqnozu üçün erkən test və müalicə vacibdir, çünki bu, xəstəliyin gedişatını və həyat keyfiyyətini yaxşılaşdırır.
5760 | 23.09.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
200 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Tandem MS |
|
Testin kodu
|
LAB-16-032 |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.

