cinsi yolla keçən infeksiyalar
Urogenital infeksiyalar 14 PARAMETR (PCR)
Cinsi yolla keçən xəstəliklər iki şəxs arasında cinsi təmas ilə ötürülən infeksiyalardır. 30-dan çox müxtəlif bakteriya, virus və parazitin cinsi yolla ötürüldüyü məlumdur.
- Qorunmasız cinsi əlaqə zamanı
- Qeyri-steril tibbi alətlərdən
- Xəstənin qanı ilə kontaktda olduqda
- Xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə (nadir hallarda)
- Hamiləlik və doğuş zamanı anadan uşağa.
Cinsi yolla keçən infeksiyaların törətdiyi xəstəliklər bir çox zaman gizli gedişata malik olduqları üçün mütəmadi olaraq (ildə bir dəfə) laborator müayinələrdən keçmək tövsiyə olunur.
Referans Klinik Laboratoriya Mərkəzində CYKİ diaqnostikasında Urogenital İnfeksiyalar 14-lü paneli mövcuddur. Panel daxilində viral, bakterial, göbələk infeksiyalarına baxılır.
Panelə daxildir:
- Chlamydia trachomatis
- Ureaplasma urealyticum
- Ureaplasma parvum
- Mycoplasma genitalium
- Mycoplasma hominis
- Trichomonas vaginalis
- Neisseria gonorrhoeae
- Gardnerella vaginalis
- Herpes simplex virus type 1 (HSV-1)
- Herpes simplex virus type 2 (HSV-2)
- Treponema pallidum (TP)
- Candida albicans (CA)
- Haemophilus ducreyi (HD)
- Varicella zoster
- Limphogranuloma venereum
- Real - Time PZR üsulu vasitəsi ilə urogenital infeksiyalara səbəb olan 14 infeksiyanın bir testlə təyini.
- Birdən çox bakterial, viral, göbələk infeksiyalarını aşkar etmə qabiliyyətinə malik olduğu üçün, cavablar qısa müddət ərzində hazır olur.
Test bütün Referans filiallarında və nümunə qəbulu məntəqələrində aparılır.

