Yuxarı tənəffüs yolları infeksiyalarına səbəb ola bilən müxtəlif virus və bakteriyaları ayırd etmək nə üçün vacibdir?
Tənəffüs yolları infeksiyalarının simptomları oxşardır, lakin törədiciləri, müalicəsi və təqibi fərqli olur.
Simptomlar:
- Boğaz ağrısı
- Öskürək
- Burun axması
- Baş ağrısı
- Qusma/ishal
- Qızdırma
- Narahatlıq/yorğunluq
- Titrəmə
Lazımsız müalicənin qarşısının alınması, rasional antibiotik/dərman istifadəsi və ağırlaşmaların qarşısının alınması üçün mütləq şəkildə törədicini müəyyən etmək lazımdır.
Respirator panel 2 daxili təyin olunur:
- Adenovirus (AdV)
- Enterovirus (HEV)
- Metapneumovirus (MPV)
- Parainfluenza virusu 1 (PIV 1)
- Parainfluenza virusu 2 (PIV 2)
- Parainfluenza virusu 3 (PIV 3)
- Parainfluenza virusu 4 (PIV 4)
QEYD!!! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.

