ENA paneli autoimmun xəstəliklərin diaqnostikasında istifadə olunan mühüm laborator analizdir. Bu test qanda müəyyən ekstranüklear antigenlərə qarşı yaranmış autoantikorları aşkar edir və xüsusilə sistemik autoimmun xəstəliklərin erkən mərhələdə müəyyən olunmasına kömək edir.
Hansı hallarda təyin olunur?
ENA paneli aşağıdakı simptomlar və ya şübhələr olduqda tövsiyə olunur:
- Uzunmüddətli halsızlıq və yorğunluq
- Oynaqlarda ağrı və şişkinlik
- Dəri səpgiləri və günəşə həssaslıq
- Ağız və göz quruluğu
- Əzələ zəifliyi
- Autoimmun xəstəlik şübhəsi
Hansı xəstəliklərin diaqnostikasında istifadə olunur?
- Sistemik qırmızı qurdeşənəyi (SLE)
- Şögren sindromu
- Skleroderma
- Polimiozit / Dermatomiozit
- Qarışıq birləşdirici toxuma xəstəliyi (MCTD)
Analizin üstünlükləri
- Erkən diaqnostika imkanı
- Diferensial diaqnozda yüksək əhəmiyyət
- Müalicənin düzgün planlaşdırılmasına kömək edir
- Qan nümunəsi ilə sadə və təhlükəsiz aparılır
Nümunə növü: Venoz qan
Qeyd
ENA paneli adətən ANA testi pozitiv olduqda daha dəqiq diaqnostika üçün təyin olunur.
ENA panelinə daxildir:
- Anti-dsDNA anticisimlər
- Anti-Jo1 anticisimlər
- Anti-ribosomal P-protein anticisimlər
- Anti-Mi-2 anticisimlər
- Anti-AMA M2 anticisimlər
- Anti-nRNP/Sm anticisimlər
- Anti-Sm anticisimlər
- Anti-Ro (60kDa) anticisimlər
- Anti-Ro-52 anticisimlər
- Anti-CENP B anticisimlər
- Anti-SS-B anticisimlər
- Anti-SCL 70 anticisimlər
- Anti-PCNA anticisimlər
- Anti-nukleosom anticisimlər
- Anti-Histon anticisimlər
- Anti-DFS70 anticisimlər
- Anti-Ku anticisimlər
- Anti-PM-Scl 100 anticisimlər
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

