Diamin oksidaz (DAO) testi qanda DAO fermentinin səviyyəsini və ya aktivliyini qiymətləndirən analizdir.
DAO fermenti qida ilə qəbul edilən histaminin parçalanmasına kömək edir. Bu fermentin çatışmazlığı və ya aktivliyinin azalması histamin intoleransına səbəb ola bilər.
Histamin intoleransının əlamətləri:
- Baş ağrısı, miqren
- Dəridə qızartı, qaşınma, səpkilər
- Burun axması və ya tutulması
- Qarın ağrısı, köp, ishal
- Ürəkdöyünmə
- Başgicəllənmə
DAO testi nə vaxt istənilir?
- Histaminlə zəngin qidalardan (pendir, kolbasa, konserv məhsulları, qırmızı şərab və s.) sonra şikayətlər yaranırsa
- Allergiya testləri mənfi olduğu halda allergiyaya bənzər simptomlar varsa
- Histamin intoleransı şübhəsi olduqda
Nəzərə almaq lazımdır ki, DAO testi histamin intoleransının diaqnozunda köməkçi testdir və nəticələr həmişə klinik əlamətlərlə birlikdə qiymətləndirilməlidir.
2752 | 18.08.2026
Texniki Göstəricilər
|
BÖLMƏ
|
İmmunologiya |
|
Nəticə vermə vaxtı
|
14-iş gününə qədər |
|
Testin kodu
|
LAB-13-072 |

