Beynəlxalq Əlaqələr
Referans Medical Group beynəlxalq miqyasda qabaqcıl tibbi xidmət göstərən tibb müəssisələri ilə səmərəli korporativ əməkdaşlıqlar qurmuşdur. Bu əməkdaşlıqlar çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilir:
-Xarici Təcrübə Proqramları: Əməkdaşlarımızın bilik və bacarıqlarını artırmaq məqsədilə mütəmadi olaraq xarici klinikalarda təcrübə proqramlarını dəstəkləyirik.
-Xarici Mütəxəssislərin Qəbulu: Pasiyent tələblərinə uyğun olaraq xarici mütəxəssislərin Azərbaycanda pasiyent qəbullarını təşkil edirik.
-Tibbi Yönləndirmə: Vətəndaşların xarici klinikalara yönləndirilməsini və tibbi xidmətlərin təşkilində dəstək göstəririk.
-Elmi-Praktiki Konfranslar: Xarici həkimlərlə birgə geniş miqyaslı elmi-praktiki konfranslar təşkil edirik.
-Tibbi Təxliyyə: Türkiyənin Aprojet Hava Ambulansı şirkəti ilə əməkdaşlıq çərçivəsində xəstələrin xaricə təxliyyəsini daha da sürətləndirmişik.
-Rekonstruktiv Cərrahiyyə: Azərbaycanda daha öncə aparılması mümkün olmayan rekonstruktiv cərrahi əməliyyatlar üçün beynəlxalq səviyyədə tanınan estetik, plastik və rekonstruktiv cərrahlarla əməkdaşlıq edirik.
1. "Anadolu Sağlık Merkezi" ilə Əməkdaşlıq (Aprel 2022)
2022-ci ilin aprel ayında Referans Medical Group və Türkiyənin Anadolu Sağlık Merkezi arasında memorandum imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində:
-Anadolu Sağlık Merkezinin mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət edilir və Referans Medical Group-a daxil olan klinikalarda pasiyent qəbulları həyata keçirirlər.
-Pasiyentlər, həmçinin onlayn konsultasiya vasitəsilə Anadolu Sağlık Merkezinin həkimlərinin xidmətlərindən yararlana bilirlər.
2. "Институт мозга человека им. Н.П.Бехтеревой" ilə Əməkdaşlıq (Noyabr 2022)
2022-ci ilin noyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Институт мозга человека им. Н.П.Бехтеревой ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu razılaşmaya əsasən:
-İnstitutun mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət olunur və Referans Medical Group-un klinikalarında pasiyent qəbulları aparılır.
3. "Major Medical Center" ilə Əməkdaşlıq (May 2024)
23 may 2024-cü il tarixində Referans Medical Group və İsraildə yerləşən Major Medical Center arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma əsasən:
-Major Medical Center mütəxəssisləri mütəmadi olaraq Referans Medical Group-a daxil olan klinikalarda pasiyent qəbulları həyata keçirəcəklər.
İnanırıq ki, xarici mütəxəssislərlə yerli peşəkarların birgə əməkdaşlığı nəticəsində əldə edilən təcrübə, vətəndaşlarımıza daha yüksək səviyyədə tibbi xidmət göstərmək üçün geniş imkanlar yaradacaqdır.