covid19
SARS-CoV2 Britaniya ştammı
VOC-202012/01 kimi tanınan SARS-CoV-2 koronavirusunun alfa ştammı, nəsil B. 1.1.7 və ya 20B/501Y. V1, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun ştamıdır. Bu ştam ilk dəfə 2020-ci il dekabrın əvvəlində Böyük Britaniyada COVID-19 pandemiyası zamanı aşkar edilib.
Covid-19 infeksiyasının törədicisi Sars-Cov-2, tənəffüs yolu xəstəliklərinə səbəb olan böyük bir koronavirus qrupuna aiddir.
Covid 19-un erkən və tez diaqnostikası infeksiyanın yayilmağının qarşısını almaq,kontaktda olan insanları izləmək və vaxtında müalicəsi üçün həll edici rol oynayır.
Virus PCR usulu ilə aşkar edilir və bu usul təstiq üçün qızıl standart sayılır.
PCR testi- virusların genetik quruluşunu aşkar edən molekulyar bir testdir və koronavirusda virusa aid RNTyi gosterir.
PCR metodundan istifadə edərək Covid-19 üçün test üçün göstərişlər:
1. Təsdiqlənmiş Covid-19 diaqnozu olan şəxslə təmasdan sonra.
2. Respirator infeksiyanın klinik təzahürləri olduqda differensial diaqnostika üçün - ilk gündən.
3. Sars-Cov-2 infeksiyasına xas simptomlar görünəndə.
4. Asimptomatik xəstəliyə şübhə zamanı.
Əsas qaydalar:
• dərmanların və ya pastillərin ağızdan qəbulundan sonra ən azı bir saatlıq fasilə saxlamaq;
• nümunə götürməzdən əvvəl dişlərinizi fırçalamayın, saqqız və ya nəfəs təravətləndirici spreylərdən istifadə etməyin;
• prosedurdan 4-5 saat əvvəl burun damlası və ya sprey istifadə etməyin, burnunuzu qarqara etməyin və yaxalamayın;
• materialı acqarına və ya yemək və ya içdikdən 3-4 saat sonra toplamaq daha yaxşıdır;
• analizdən əvvəl siqaret çəkməyin;