Son zamanlarda peyvəndlənmənin azalması nəticəsində qızılcaya yoluxma halları sürətli şəkildə artmışdır!
2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artmışdır (2021-ci illə müqayisədə).
2023-cü ildən başlayaraq ÜST-nin Avropa regionunda qızılcaya yoluxma halları sürətlə artır. Artıq Azərbaycanda da qızılcaya yoluxma halları müşahidə olunur.
ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını məhdudlaşdırmaq üçün uşaqları vaxtında peyvənd etdirməyi tövsiyə edir.
Ölkəmizdə tətbiq olunan *QPM peyvəndinin 2 dozası bu xəstəlikdən demək olar ki, 97 % qoruyur.
Əgər uşağınıza qızılcaya qarşı olan QPM peyvəndini vaxtında vurdurmamısınızsa, 15 yaşa qədər həkim müayinəsi ilə bu peyvəndi vurdurmaq mümkündür.
*QPM qızılca, parotit və məxmərəyə qarşı peyvənddir.
Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir.
Qızılca virusu ilə infeksiyaya cavab olaraq, orqanizm iki növ spesifik immunoqlobulin sintez edir: IgM və IgG.
Mərkəzimizdə IgM və IgG testləri vasitəsi ilə immunoqlobulin səviyyənizi ölçə bilərsiniz.
Qeyd edək ki, immunizasiya ÜST-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, ÜST 2021-ci ildən etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda immunizasiya proqramının gücləndirilməsinə dəstək olmağa davam edir.
- Rəylər
Загрузка комментариев...